I Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib

17:04 | 25.02.2014
I Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib

I Avropa Olimpiya Oyunları ilə bağlı marşrut xətləri müəyyənləşdirilib

Gələn il Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi nəqliyyat sahəsində əsas qərargah seçilib. Belə ki, ölkəyə gələcək qonaqlara Mərkəz tərəfindən marşrutlar və lazımi istiqamətlər göstəriləcək. Bu barədə ANN.Az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumata görə, I Avropa Olimpiya Oyunları ilə bağlı müvafiq Tədbirlər Planı hazırlanır. «Artıq marşrut xətləri müəyyənləşdirilib və hazırda «Avtocad Map» proqramı üzərində Mərkəzin mütəxəssisləri tərəfindən sxemlər işlənilir», - deyə Mərkəzdən bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb