I Avropa Olimpiya Oyunları zamanı nəqliyyat necə tənzimlənəcək? - AÇIQLAMA

11:24 | 09.04.2014
I Avropa Olimpiya Oyunları zamanı nəqliyyat necə tənzimlənəcək? - AÇIQLAMA

I Avropa Olimpiya Oyunları zamanı nəqliyyat necə tənzimlənəcək? - AÇIQLAMA

Avroviziya musiqi yarışmasından sonra dünyanın diqqət mərkəzi yenidən Azərbaycana yönəlir. Məlum olduğu kimi, I Avropa Olimpiya Oyunları 2015-ci ildə ölkəmizdə təşkil olunacaq. Bu istiqamətdə 2013-cü ilin əvvəlindən təşkilat komitəsi yaranıb və ciddi işlər davam edir. Yarış zamanı nəqliyyatın necə tənzimlənməsi daha çox maraqlı tərəf kimi diqqətimizdədir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev nəqliyyatın tənzimlənməsi ilə bağlı aparılan işlərə aydınlıq gətirib.E.Abdullayev açıqlamasında bildirib ki, bu istiqamətdə işçi komissiyası da yaradılıb: “I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəqliyyat məsələləri üzrə NİİM-də qərargahın yaradılması və onun fəaliyyətinin təmin edilməsi istiqamətində keçən ilin ikinci yarısından başlayaraq bir çox işlər görülüb. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə müvafiq işçi komissiyası yaradılıb və işçi qrupa nazirliyin tərkibində olan müvafiq qurumların rəhbərləri daxil edilib. Eyni zamanda Bakı şəhərində keçiriləcək I Avropa Olimpiya Oyunları üzrə Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Əmrin müvafiq bəndinə uyğun olaraq NİİM-də xüsusi qərargah yaradılıb. Bununla əlaqədar qarşımızda qoyulan məsələlərin yerinə yetirilməsi istiqamətində Olimpiya Təşkilat Komitəsi ilə əlaqəli şəkildə çalışırıq”SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb