I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı

16:32 | 18.01.2013
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı

I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı

Azərbaycan Prezidenti bu haqda sərəncam imzalayıb.Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. ANN.Az-ın məlumatına görə, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.İdmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək ölkəmizin idman şöhrətinin artmasına xidmət edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynayıb. Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır.Bu oyunların Bakıda təşkili ölkəmizin bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:1. 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:Təşkilat Komitəsinin sədriMehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiriTəşkilat Komitəsinin üzvləriHacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüAzad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüElmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziriŞahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziriSamir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziriRamil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziriEldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziriZiya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüOqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziriƏbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziriƏli Abbasov  - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziriƏli Əsədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müaviniFatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüElçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiAydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədriCahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüEtibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentiBaba Rzayev - “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədriÇingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüAnar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoruAğacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüFərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoruMikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisiİlham Mədətov - XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)Namiq Abdullayev - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüZemfira Meftaxetdinova - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüFərid Mansurov - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüElnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvüToğrul Əsgərov - Olimpiya çempionuŞərif Şərifov - Olimpiya çempionu2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.3. Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb