İlham Əliyev 115 mindən çox adamı sevindirdi

20:18 | 24.03.2018
İlham Əliyev 115 mindən çox adamı sevindirdi

İlham Əliyev 115 mindən çox adamı sevindirdi

Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 
Kürdəmir rayonunun ərazisi  1631,5  km2, əhalinin bir kvadrat kilometrə sıxlığı  67  nəfər təşkil edir.  Rayonda 1 şəhər, 2 qəsəbə, 59 kənd vardır. Rayonun iri yaşayış məntəqələri Kürdəmir şəhəri, Karrar və Qarabucaq qəsəbələri, Atakişili, Xırdapay, Yenikənd, Mollakənd, Şilyan, Qarasaqqal, Muradxan, Köhünlü, Sığırlı kəndləridir.Rayonda adambaşına 1.1 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür.

2018-ci ilin yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisi 115 500 nəfər olmuş  və 2016-ci il ərzində 1 100 nəfər(2016-cı ildə rayonun əhalisi 114 400 nəfər), yaxud 1,1 % artmışdır. Əhalinin ümumi sayından 58 100 nəfərini və ya  50,3 %-i kişilər, 57 400 nəfərini və ya   49,7 %-i qadınlar təşkil edir. Əhalinin(o cümlədən Kürdəmir şəhərinin əhalisi 22 200 nəfər )  19,74 %-i şəhər yerlərində, 80,26 %-i (kənd əhalisi 93 300 nəfər)kəndlərdə yaşayırlar.

Rayon sakinlərinin 27 082 nəfəri  24.5 %-i 0-14 yaşda olan uşaq və yeniyetmələrdən,74 450 nəfəri 68 %-i əmək qabiliyyətli yaşda olanlardan və 8 568 nəfəri 7.5  %-i əmək qabiliyyətli yaşdan yuxarı olanlardan ibarətdir.Əhalinin orta yaş həddi 31 yaşdır.

Rayonda 2205 nəfər məcburi köçkün, 300 nəfər qaçqın məskunlaşmışdır.Şəhid ailələrinin sayı 113, Qarabağ müharibəsi əlillərinin sayı 60 nəfərdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb