İlham Əliyev: "Biz artıq postneft dövründə yaşayırıq"

21:35 | 11.07.2016
İlham Əliyev:

İlham Əliyev: "Biz artıq postneft dövründə yaşayırıq"

"Biz artıq postneft dövründə yaşayırıq".
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
"Bir neçə ildən sonra Azərbaycan dünya bazarına çox böyük həcmdə təbii qaz ixrac edəcək və bunun nəticəsində ölkəyə valyuta axını davam edəcək. Ancaq biz elə postneft dövründə olduğu kimi yaşamalıyıq. Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq", - deyə prezident qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM