İlham Əliyev müalicə olunan yaralı hərbçilərə baş çəkdi

14:22 | 05.04.2016
İlham Əliyev müalicə olunan yaralı hərbçilərə baş çəkdi

İlham Əliyev müalicə olunan yaralı hərbçilərə baş çəkdi

Azərbaycan prezidenti Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

"Report" xəbər verir ki, Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşdə deyib: "Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazımdır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğrudan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb