"ABŞ Dağlıq Qarabağı müstәqil dövlət kimi tanımır" - FOTOLAR

19:20 | 24.11.2015

"ABŞ Dağlıq Qarabağı müstәqil dövlət kimi tanımır" - FOTOLAR

"Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik".
 
ANN.Az xəbər verir ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini  Bridcet Brink jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib.
 
O, səfərinin ABŞ-ın yüksək səviyyəli nümayəndələrinin Azərbaycana gəlişlərindən sonra baş tutduğunu deyib: "Bu səfərlər arasında ABŞ-ın Dəniz Donanmasının katibi və ABŞ-ı təmsil edən ticarət missiyasının nümayəndələri Azərbaycana səfər edib”.
 
ABŞ dövlət katibinin köməkçisinin müavini əlavə edib ki, ABŞ Azərbaycanla təhlükəsizlik, iqtisadi əlaqələr, demokratiya və insan haqları məsələləri ilə bağlı əməkdaşlıqlarını davam etdirmək istəyir:"Qeyd etmək istərdim ki, ABŞ-ın Azərbaycana göstərdiyi yardım ikitərəfli münasibətlərin ayrılmaz və vacib hissəsi olaraq qalır. Bu kimi yardımlar məqsədilə biz qarşımızda olan məqsədlərə nail olacağımıza inanırıq".
 
O daha sonra bildirib ki, Azərbaycanda olduqları müddətdə məhsuldar görüşlər keçiriblər: "Biz Azərbaycan prezidenti, xarici işlər naziri, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdük. Ortaq məxrəcə gəldik ki, Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlığın dərinləşməsi və genişlənməsi istiqamətində səylərimizi artıraraq, birgə fəaliyyət göstərək. Bizim əməkdaşlığımızın bünövrəsini təşkil edən məsələlərin hər biri bizim üçün vacibdir. Məsələn, demokratiya və insan haqlarının güclənməsi daha güclü vətəndaş cəmiyyəti deməkdir. Bu kimi cəmiyyətdə azad media və müxtəlif çeşiddə fəaliyyət göstərən müxalifət qüvvələri təmsil olunarlar".
 
ABŞ rəsmisi, Dağlıq Qarabağ münaqişəsinin ilə bağlı danışıqlar prosesində ABŞ-ın daha çox irəliləyiş gözlədiyini vurğulayıb: "Biz Minsk qrupunun Azәrbaycan vә Ermәnistan rәhbәrliyi ilә işlәyәrәk ilin sonuna kimi prezidentlәrin görüşünü keçirmәk sәylәrini dәstәklәyirik".

O, ATƏT-in Minsk qrupunun kifayәt qәdәr aktiv qrup olduğunu bildirib: "Bizim qrupdakı sәfirimiz dә münaqişәnin sülh yolu ilә hәllində maraqlıdır vә aktivlik göstәrir. Minsk qrupu vasitәçilik fәaliyyәti ilә mәşğuldur. Lakin münaqişәnin hәll olunması ilә bağlı son qәrar dövlət rәhbәrlәrinin üzәrinә düşәn mәsәlәdir. ATӘT-in Minsk qrupu buna tәkan verir. Biz bunu dәstәklәyirik. Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәll olunması hәr kәsin - Ermәnistan, Azәrbaycan hökumәtlәrinin, regional dövlәtlәrin ABŞ-ın maraqlarındadır. ABŞ münaqişәnin Minsk qrupu çәrçivәsindә hәllini dәstәklәyir".

Mətbuat konfransında ABŞ Dövlәt Departamenti Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru Alina Ramanovski də iştirak edib. O çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağla bağlı müəyyən mətbuat hesabatları var və bu hesabatlar cəmiyyətə düzgün korrektə olunmamış şəkildə çatıb: "Bir daha bildirirəm ki, ABŞ Dağlıq Qarabağı müstәqil vә suveren olan dövlət kimi tanımır. Bununla yanaşı onu da qeyd etmək istərdim ki, Dağlıq Qarabağın son statusu beynəlxalq müstəvidə keçirilən, ATӘT-in Minsk qrupunun apardığı danışıqlar prosesinin subyektidir. ABŞ-ın son yardımları həmin o ərazidə sırf minalardan tәmizlәmә fəaliyyətlərini həyat keçirmək üçün nəzərdə tutulan yardım idi ki, bu kimi yardımlar, ərazi  minalardan tam azad olunan kimi davam edәcәk. İstənilən vasitәlәr layihә ixracı ilә mәşğul olan təşkilatlara tәqdim olunur, bu kimi yardım və vəsaitlər sözü gedən, de-fakto Dağlıq Qarabağ  rәhbәrliyinә təqdim olunmur".

ABŞ Dövlәt Departamenti Avropa vә Avrasiya ölkәrinә yardımlar üzrә koordinatoru daha sonra ABŞ-ın Azərbaycana etdiyi yardımlardan söz açıb: "1993-cü ildən bəri ABŞ humanitar layihələrin həyata keçirməsi və bu məqsədlə Azərbaycan Respublikasında mövcud olan qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırması məqsədilə 115 milyon dollar vəsait ayırıb. 1992-ci ildən etibarən  ABŞ tərəfindən Azərbaycana  göstərilən ümumi yardım 1.1 milyard dollar təşkil edib.  Maddi yardımla yanaşı ABŞ Azərbaycan humanitar əşya yardımları (220 milyon dəyərində) edib. 1993–cü ildən etibarən ABŞ Azərbaycanın ərazilərinin minalardan təmizləmə agentliyinə, yəni ANAMA-ya 30 milyon dollara yaxın vəsait ayırıb. Bu vəsait hesabına sözü gedən agentlik 500 minə yaxın mina və partlamamış silah sursatının təmizlənməsinə nail olub".
 
Koordinator əlavə edib ki, iqtisadi sahədə göstərilən yardımlar Azərbaycanın qarşına qoyduğu hədəflərə nail olması və Azərbaycanın öz iqtisadiyyatının inkişaf etdirərək şaxələndirilməsinə yönəlib: "Bizim yardımlarımız Azərbaycanın Respublikasının öz demokratiya və idarəçilik sisteminində inkişafı üçün nəzərdə tutulub. Bu kimi yardımlar nəticəsində Azərbaycanda 97 icma mərkəzi yaradılıb ki, bu icma mərkəzlərində insanların ehtiyaclarının ödənməsi və insanların öz yerli hökumətləri ilə daha yaxşı dialoqun yaranması üçün 39 layihə həyata keçirilib".

Orxan Aslanlı
 
Foto müəllifi: Fərqanə Novruzova


 

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 






































































































































































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb