İmtahandan kəsilən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb

13:28 | 18.04.2024
İmtahandan kəsilən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb

İmtahandan kəsilən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb

2023-cü il sertfikasiyadan kəsilən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən çıxarılıb. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də mətbuat üçün keçirdiyi konfrasda deyib.

O bildirib ki, keçən il kəsilən müəllimlərin digər qismi iyunda ikinci dəfə sertfikasiya imtahanı verəcək.
 
2023-cü ilin sentyabrında elm və təhsil nazirliyi ibtidai sinif müəllmləri üçün nəzərdə tutulan sertfikasiya imtahanında ikinci dəfə iştirak edib keçid balını toplaya bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verdiyini açıqlayıb.
 
Bildirilib ki, imtahandan keçə bilməyən 606 müəllim ikinci dəfə imtahanda iştirak etsə də minumum keçid balını toplamayıb, 137 nəfər isə imtahaa gəlməyib. 
 
Gülnar Nazimqızı
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM