Çində güclü partlayışla əlaqədar 8 nəfər saxlanılıb

18:30 | 18.06.2021
Çində güclü partlayışla əlaqədar 8 nəfər saxlanılıb

Çində güclü partlayışla əlaqədar 8 nəfər saxlanılıb

Çinin hüquq-mühafizə orqanları ölkənin mərkəzi ərazisindəki Xubey əyalətində ərzaq bazarında qaz partlayışı ilə əlaqədar olaraq səkkiz nəfərin saxlanıldığını açıqlayıb.

Bu barədə "Sinxua" agentliyi bildirib.

Saxlanılanlar arasında Çin qaz şirkətinin törəmə bölməsinin rəhbəri - Şiyan şəhərinin qazlaşdırılması üzrə məsul operator da var. Hakimiyyət orqanları araşdırmanı davam etdirir. İstintaqın ilkin məlumatlarına əsasən, hadisəyə səbəb yerli qaz kəmərinin təhlükəsizliyinə qeyri-effektiv nəzarət olub.

13 iyunda, yerli vaxtla saat 06:30-da (Bakı vaxtı ilə saat 02:30) Şiyan şəhərinin Çjanvan rayonu ərazisində partlayış olub. Hadisə zamanı 25 nəfər həlak olub, 100-dən çox sakin yaralanıb. Zərbə dalğası bazarın binasını tamamilə dağıdıb, yaxınlıqdakı evlərin şüşələri sındırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb