İnsan manifesti: Zirzəmidə yaşayan qadının hekayəsi - ANN.TV

10:00 | 29.09.2015
İnsan manifesti: Zirzəmidə yaşayan qadının hekayəsi - ANN.TV

İnsan manifesti: Zirzəmidə yaşayan qadının hekayəsi - ANN.TV

Ən böyük mücadilə bunlar hesab olunur: bir ananın övladını yaşatması üçün, bir dindarın müqəddəs kitabını qoruması üçün. Əgər bu iki şey üçün mübarizə aparmaq bir qadının taleyinə yazılıbsa, onda buna necə ad verək? Sualı cavablandırmaq çətindir. Elə Rəna Quliyeva adlı bu qəhrəmanımızı dinləmək də o qədər asan deyil. Çünki o, özünün deyil, tək övladının əsgərlikdən sonra gəlib harada qalacağının, eləcə də 100-dən çox "Quran" kitabının haraya qoyulmasının dərdini çəkir. Ona görə ki, yaşadığı yer zirzəmidir - yarıuçuq, yarıqaranlıq, nəm, pis qoxulu bir yer... 

Rəna Quliyeva başına gələn faciələri, atalı-analı, bacılı-qardalı ikən necə yiyəsiz qalmasını nəql edir, amma tez-tez təkrarladığı bu sözlərdir: "Mən indi "Quran" kitablarımı hara qoyum?"

ANN.TV-nin "İnsan manifesti" riubrikasının qəhrəmanının həyat hekayəsi ilə tanış olaq.

Müəllif: 
İsa Rəvan
Aynur Məmmədova


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb