İnsan manifesti: Erməni həkiminin şikəst etdiyi azərbaycanlı bacılar - ANN.TV

10:00 | 02.09.2015
İnsan manifesti: Erməni həkiminin şikəst etdiyi azərbaycanlı bacılar - ANN.TV

İnsan manifesti: Erməni həkiminin şikəst etdiyi azərbaycanlı bacılar - ANN.TV

Çarəsizliyi müxtəlif cür izah etmək olar. Amma ən sadə və ən çətini başqa birisinin yardımına möhtac olmaq qədər çarəsiz qalmaqdır.
 
 
ANN.TV-nin çəkiliş qrupunun haqqında bəhs edəcəyi iki bacılar da belələrindəndir. Ata-anasız qalan bu bacılar uşaq yaşından həkim səhlənkarlığının qurbanı olublar və hazırda bir-birilərindən başqa tutunacaq arxa-dirəkləri belə yoxdur. 

Bacılar - Nərgiz və Seyidxanım İmanovalar birinci qrup əlildirlər. Yaşadıqları ev - buna ev demək mümkündürsə, ucuq-sökük, baxımsızlıqdan yararsız vəziyyətə düşüb. Əsaslı təmirə ehtiyacı var, amma bacıların bunu etməyə imkanları belə yoxdur. Nərgiz İmanovanın rəssamlıq qabiliyyəti var, o, bu istedadını inkişaf etdirmək üçün hansısa məktəbdə təhsil almaq, sərgilər təşkil etmək niyyətindədir, amma əl uzadacaq, yardım edəcək birisi yoxdur.

Gəlin, sözün həqiqi mənasında "İnsan manifesiti"nə çevrilən və özlərinin dediyinə görə, erməni həkimin şikəst etdiyi iki bacının hekayətini öz dillərindən eşidək.


Müəlliflər:
İsa Rəvan
Aynur Məmmədova

 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb