İran cinayətkar qruplar vasitəsilə müxalifləri oğurlayır və öldürür-KİV

12:53 | 02.12.2022
İran cinayətkar qruplar vasitəsilə müxalifləri oğurlayır və öldürür-KİV

İran cinayətkar qruplar vasitəsilə müxalifləri oğurlayır və öldürür-KİV

"Washington Post” qəzetində dərc olunan araşdırma yazısına görə, İran hökumətinin xaricdə yaşayan müxaliflərə qarşı planları barədə yazı dərc edib.

Qəzet Tehran hökumətinin müxaliflərə qarşı sui-qəsdlərdə cinayətkar dəstələrin, o cümlədən bahalı daşlar qaçaqmalçılığı ilə məşğul olan şəxslərin xidmətindən istifadə etdiyini yazır.

Qeyd olunan məlumatlar "Vaşinqton Post" qəzetinin Amerika və Avropa ölkələrinin 15 rəsmi və təhlükəsizlik qurumlarının rəsmiləri ilə apardığı müsahibələr, əldə edilən kəşfiyyat sənədləri əsasında hazırlanıb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsi və Qüds qüvvələri sui-qəsd əməliyyatlarının planlaşdırılmasında əsas rol oynayan iki qurum kimi qeyd edilib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb