İran israilə hücuma başlayıb - Yenilənib

00:21 | 14.04.2024
İran israilə hücuma başlayıb - Yenilənib

İran israilə hücuma başlayıb - Yenilənib

 İran dövlət televiziyası pilotsuz uçuş aparatları ilə İsrailə qarşı hərtərəfli hücum təşkil edildiyini təsdiqləyib.

 ***

İsrail Ordusu İranın pilotsuz uçuş aparatı ilə İsrailə qarşı hücuma keçdiyini və İsrailin hava hücumundan müdafiə sisteminin hücuma qarşı hazır olduğunu açıqlayıb.

"İsrailə hücum etmək üçün İrandan çoxlu sayda PUA göndərilib, lakin onlar hələ də gəlməyib; Müdafiəmiz hazırdır. Onların İsrailə çatması saatlarla çəkəcək və təhlükə zamanı sirenlər səslənəcək”.
 
 ***

İran İsrailə doğru pilotsuz uçan aparatlar atıb.Bu barədə "The Jerusalem Post” məlumat yayıb.

Məlumatda İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd edilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM