Fransa, Çexiya və Belçikadakı İran səfirləri XİN-ə çağırılıblar

20:35 | 15.04.2024
Fransa, Çexiya və Belçikadakı İran səfirləri XİN-ə çağırılıblar

Fransa, Çexiya və Belçikadakı İran səfirləri XİN-ə çağırılıblar

İran səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.

İranın Fransadakı səfiri Məhəmməd Amin-Nejad bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə rəsmi Parisin İranın İsrailə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləməsi iranlı diplomatın diqqətinə çatdırılıb.

"İran İslam Respublikası bu məsuliyyətsiz hücumu həyata keçirməklə heç kimin marağında olmadığı bir alovlanma riski yaradır. İsrailin və digər tərəfdaşlarımızın təhlükəsizliyini və regional sabitliyi təhdid edən bu ciddi və görünməmiş hərəkətlər dərhal dayandırılmalıdır. Fransa gərginliyi azaltmaq üçün tərəfdaşları ilə işləyir və hamını təmkinli olmağa çağırır. İranda özbaşına saxlanılan vətəndaşlarımızın dərhal azadlığa buraxılması tələbi bir daha vurğulanır”, – Fransa XİN bildirib.

***

Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.

***
İran səfiri ölkəsinin İsrailə hücumu ilə əlaqədar Belçika Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə Nazirliyin yaydığı məlumatda bildirib.

"Belçika İran İslam Respublikasının səfirini çağırır və İranın İsrailə hücumunu kəskin şəkildə pisləyir”, – vurğulanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb