İran Təhlükəsizlik Şurası: "ABŞ-la heç bir danışıq olmayacaq"

15:07 | 23.05.2019
İran Təhlükəsizlik Şurası:

İran Təhlükəsizlik Şurası: "ABŞ-la heç bir danışıq olmayacaq"

"İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq".

ONA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü  Keyvan Xosrəvi deyib.

O bildirib ki, müxtəlif ölkə rəsmilərinin İrana səfərlərinin sayı çoxalıb: "Onların çoxu Amerika Birləşmiş Ştatlarından gəlir. Bu səfərlərin bəzisi mətbuata verilir, bir çoxu isə gizlin qalır. İran İslam Respublikasının əsas siyasəti onların diqqətinə çatdırılıb. Açıq-aşkar demişik ki, ölkəmizin hüquqlarını təmin etmədikcə,  sözdən əmələ doğru addım atmadıqca, İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb