İran və Venesuela neftin qiymətini birgə saxlamağa çalışacaq

13:59 | 11.01.2015
İran və Venesuela neftin qiymətini birgə saxlamağa çalışacaq

İran və Venesuela neftin qiymətini birgə saxlamağa çalışacaq

Venesula Prezidenti Nikolas Maduro və İran Prezidenti Həsən Ruhani neftin qiymətinin saxlanılması üzrə mümkün strategiyanın perspektvlərini müzakirə ediblər.  Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki dövlət başısı arasında görüş Tehranda Saadabadda keçirilib. 

Maduro və Ruhani OPEK çərçivəsində 2015-ci ildə neftin dünya qiymətlərinin saxlanılması üzrə birgə strategiyanın yaradılması ilə bağlı razılığa gəlib. 

Qeyd edək ki, 2014-cü ilin iyunundan etibarən neftin bir barrelinin qiyməti 50 dollara qədər düşüb.  

Öncə İranın neft naziri Namdar Zanqane bildirib ki, artıq yaxın aylarda neftin qiyməti bir barrelə görə 60-90 dollar arasında tərəddüd edəcək. 

Oxu.az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb