İranda son etirazlarda 300-dən çox insan ölüb

16:10 | 29.11.2022
İranda son etirazlarda 300-dən çox insan ölüb

İranda son etirazlarda 300-dən çox insan ölüb

İranda son etirazlarda 300-dən çox insan həlak olub. Bunu İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə təsdiqləyib.


Əmir Əli Hacızadə noyabrın 27-də İranda son iki ay yarımda baş verən kütləvi etirazlar zamanı "300-dən çox insanın” öldürüldüyünü bildirib.


SEPAH generalı ölənlərin sayını qeyd edən İran İslam Respublikasının ilk rəsmi və yüksək səviyyəli hərbi rəsmisidir.


İranın bütün 31 əyalətində 150-dən çox şəhərdə və 140 universitetdə keçirilən 11 həftəlik ümummilli etirazlar zamanı yüzlərlə insan həlak olub, lakin indiyədək hökumətin heç bir siyasi və ya hərbi rəsmisi bu ölümlərə işarə etməyib.
 
Sentyabrın 16-da İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ölkənin bir çox şəhərlərində etirazlara səbəb olub.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb