İranın yeni seçilən Prezidenti İbrahim Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə "Mehr” agentliyi xəbər verib. Avqustun 3-də İbrahim Rəisi 8-ci Prezident kimi Tehranda İmam Xomeyni məscidində and içib.
Andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif, islam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Milli Təhlükəsizlik Şurasının keçmiş katıbı, prezidentliyə keçmiş namizəd Səid Cəlili, keçmiş deputat, prezidentliyə keçmiş namizəd Əlirza Zakani, prezidentliyə keçmiş namizəd, keçmiş deputat Möhsün Mehrəlizadə, prezidentliyə keçmiş namizəd, Mərkəzi Bankı keçmiş direktoru Əbdülnasir Himməti, Silahlı Qüvvələrin komandanları və dövlətin başqa rəsmiləri də iştirak ediblər.
İranın hazırkı Prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !