İraqda daha 3 kütləvi məzarlıq tapıldı

23:42 | 30.11.2015
İraqda daha 3 kütləvi məzarlıq tapıldı

İraqda daha 3 kütləvi məzarlıq tapıldı

İraqın şimalında Sincar şəhərində daha 3 kütləvi məzarlıq tapılıb. Bu ayın əvvəlində kürd qüvvələri İslam Dövləti (İD) silahlılarını bu şəhərdən çıxarıblar.

Rəsmilər noyabrın 29-da bildiriblər ki, qəbirlərdə 80-100 meyitin olduğu güman edilir.

Beləliklə, indiyədək Sincarda aşkarlanan kütləvi məzarlıqların sayı 5-ə çatıb.

İD bu şəhəri ötən ilin avqustunda tutub, yezidi azlığını qətlə yetirib, üzvlərini qula çevirib. Minlərlə yezidi dağlara qaçıb.

ABŞ koalisiyası elə həmin ay, daha çox yezidilərin qorunması üçün ekstremist qrupa qarşı hava zərbələrinə başlayıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb