İŞİD bu ölkələri partlatmaq istəyir - Generaldan dəhşətli açıqlama

15:21 | 27.10.2016
İŞİD bu ölkələri partlatmaq istəyir - Generaldan dəhşətli açıqlama

İŞİD bu ölkələri partlatmaq istəyir - Generaldan dəhşətli açıqlama

İŞİD qruplaşmasının Rakka şəhərində yerləşən terrorçuları Suriyanın xaricində terror aktları törətməyi planlaşdırır.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ qoşunlarının Suriya və İraqdakı komandanı general-leytenant Stiven Taunsend deyib. General qərb ölkələrinə hücumların dəqiq yerinin və vaxtının hələlik məlum olmadığını və təhlükənin qarşsını almaq üçün Rakka şəhərinə hücumun tezləşdirilməsini vacibliyini qeyd edib. 

General bildirib ki, Mosul şəhərindən fərqli olaraq, Rakka şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı ölkənin silahlı qüvvələri ilə deyil, yerli döyüşçülər tərəfindən Rusiya aviasiyası və hökumət qoşunlarının mövcudluğu nəzərə alınmaqla, çətin döyüş şəraitində aparılmalıdır.

Bununla yanaşı, general Rakkadan uzunmüddətli və gərgin müqavimət gözlədiyi və Mosul əməliyyatlarından daha çox vaxt aparacağını istisna etməyib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb