“İŞİD-in ərazisi kiçilir”

12:55 | 16.05.2016
“İŞİD-in ərazisi kiçilir”

“İŞİD-in ərazisi kiçilir”


İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının Suriya və İraqda tutduğu ərazi kiçilməkdədir. Bunu ABŞ-ın qruplaşmaya qarşı koalisiyada sözçüsü deyir.

Brett McGurk mayın 15-də İordaniya paytaxtı Əmmanda deyib ki, qruplaşma müdafiəyə keçib və əraziləri də kiçilir.

O, koalisiyanın Suriyada Raqqa, İraqda isə Mosul şəhərlərinin geri alınması səylərinin irəlilədiyini vurğulayıb.

"Mosula hər gün dəqiq zərbələr endiririk. Davamlı sinxronlaşdırıldılmış təzyiq var. Gələn həftələr və aylar ərzində Raqqaya da təzyiq kampaniyası başlanacaq”, elçi sözlərinə əlavə edib.

Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb