İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR

19:00 | 06.04.2016
İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR

İstedadlı heykəltaraş Samir Qaçayevin əziz xatirəsinə - FOTOLAR

Rüstəm Qasımov 

Bir neçə gün əvvəl Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bu təhsil ocağının məzunu, Qarabağ döyüşlərində şəhid olunmuş Samir Qaçayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. 22 yaşlı gənc Tərtər rayonunda baş verən döyüşlərdə şəhid olub. Vətənin əziz oğlu Şamaxı rayonunun doğma Məlhəm kəndində dəfn edilib. 

Tədbirdə Samirlə vidalaşmaq üçün və onun xatirəsini anmaq üçün dostları, doğmaları və yaxınları əllərində gül-çiçəklə gəlmişdilər. Gözləri yaşlı insanlar hələ də Samirin yoxluğuyla barışa bilmirdilər. Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxışında bu sözləri dedi: "Biz baş verənlərdən sarsılmışıq, hisslərimizi boğmaq çətindir... Bizim tələbələrimiz çox olub,  Samir də istedadıyla seçilən heykəltaraş, tərbiyəli və vergili insan idi. O, Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Allah rəhmət eləsin". 

Tədbirdə Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş Samir haqqında film göstərildi, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan rejiminə qarşı etirazlar edildi. 

ANN.Az portalı Qarabağ döyüşlərində həlak olmuş əsgərlərimizin ailələrinə, yaxınların, dostlarına baş sağlığı verir. 

Allah rəhmət eləsin. 

Sonda oxucularımıza Samir Qaçayevin sənət işlərini təqdim edirik, fotolar onun şəxsi arxivindəndir. 
 


























 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM