İsveçdə sosialistlər hakimiyyətə gəldi

17:38 | 15.09.2014
İsveçdə sosialistlər hakimiyyətə gəldi

İsveçdə sosialistlər hakimiyyətə gəldi

İsveçdə keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası 23, 2 faiz səs aldığı seçkilərdə 31.1 faiz səslə Sosial Demokratlara məğlub olub.ANN.Az xəbər verir ki, artıq səslərin hesablanması prosesi başa çatıb. İlkin rəsmi açıqlamalara görə, 8 ildir iqtidarda olan sağ blok və blokun başında dayanan Fredrik Reinfeldtin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası seçkini uda bilməyib.Blokdakı digər siyasi qurumlar - Liberal Partiyası 5,4, Mərkəz Partiyası 6,1, Xristian Demokrat Partiyası 4,6 faiz səs toplaya bilib.Sol bloka daxil olan Sosial Demokrat Partiyası səslərin daha çoxunu (31.1 faiz) toplayaraq öz blokunda lider olub və blokdakı digər partiyaların topladığı səsçoxluğu ilə onlar parlamentdə 160 deputat kürsüsünə sahib çıxıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb