​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb

09:36 | 06.05.2016
​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb

​İtən Malayziya vertolyotunun qalıqları Borneo adasında tapılıb

 Göyərtəsində Malayziyanın hökumət üzvləri və siyasətçilərinin olduğu itmiş vertolyotun qalıqları Borneo adasında tapılıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Nacib Razaka istinadən "Sinxua" agentliyi məlumat yayıb.

"Eurocopter AS350" vertolyotu ilə əlaqə cümə axşamı səhər Saravak ştatı ərazisində kəsilib.

İlkin məlumatlara görə, hava gəmisinin sərnişinləri arasında Malayziyanın plantasiya sənayesi və xammal malları nazirinin müavini Noria Kasnon, həmçinin parlament üzvlərindən biri olub.

Ümumilikdə vertolyotun göyərtəsində 6 nəfər uçub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb