Keçmiş deputatın partiyası bağlandı

11:51 | 24.03.2023
Keçmiş deputatın partiyası bağlandı

Keçmiş deputatın partiyası bağlandı

Azərbaycanda Sosial Rifah Partiyası (ASRP) fəaliyyətini dayandırıb.

Bu barədə partiyanın bəyanatında bildirilib.

Qərarın verilməsində strateji məsələlər nəzərə alınıb.
 
"Beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunu, daxili siyasətdə əhalinin sosial rifahını strateji prioritet kimi bəyan edilməsi, habelə tarixi torpaqlarımızın işğaldan azad olunması kimi strateji məsələləri nəzərə alaraq ASRP bütün üzvlərinin iradəsini əks etdirərək partiyanın buraxılmasını bəyan edir".

ASRP 1995-ci ildə siyasətçi Xanhüseyn Kazımlı tərəfindən qurulub. O, 25 il deputat olub. 2020-ci ildən etibarən partiyanın sədri Xanhüseyn Kazımlının qızı Əsli Kazımova idi
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb