Keçmiş Qərargah rəisindən FETÖ etirafı

21:14 | 19.10.2016
Keçmiş Qərargah rəisindən FETÖ etirafı

Keçmiş Qərargah rəisindən FETÖ etirafı

Türkiyənin keçmiş Baş Qərargah rəisi Hilmi Özkök FETÖ ilə bağlı qalmaqallı açıqlama verib.

"Qafqazinfo” "Hürriyət”ə istinadən xəbər verir ki, Çevriliş Komissiyasında çıxış edən keçmiş sabiq rəis Hilmi Özkök hökumətə illər əvvəl FETÖ ilə bağlı xəbərdarlıq etdiklərini bildirib. O, "2004-cü ildə Milli Təhlükəsizlik Şurasının iclasında bu təşkilat çox böyük bir gücə sahib olub, güc illər ərzində əmələ gəlir, amma niyyət bir gecədə dəyişir dedik. Milli Təhlükəsizlik Şurası ilə birgə hökuməti qəti olaraq məlumatlandırdıq və vəziyyətin yaxşı olmadığını dedik. İcra planı qurulsun, bu işə nəzarət edilsin dedik. Nə ediləcək deyə baxdıq, açığı nə isə edildiyini görmədik. Biz yenə hər iclasda irtica və bu təşkilatların təhlükəsinə diqqət çəkən çıxışlar etdik. Sonrası bizim əlimizdə olan bir şey deyil. 2006-ci ildə isə mən təqaüdə çıxdım”,- deyə bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb