Köhnəqışlaq kəndinin heyvanat aləmi - REPORTAJ

12:55 | 13.07.2015
Köhnəqışlaq kəndinin heyvanat aləmi - REPORTAJ

Köhnəqışlaq kəndinin heyvanat aləmi - REPORTAJ

Rüstəm Qasımov

Dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycan kəndlərində də əsas məşğuliyyət növü əkinçilik və maldarlıqdır. Köhnəqışlaq kəndi də bu məsələdə istisna deyil. 

Kənd hərbi postların yaxınlığında yerləşsə də, bölgədə atəşkəs tez-tez pozulsa da, kənd sakinləri adət etdikləri əkinçilik və maldarlıq işini görməkdə davam edirlər. Burada irili-xırdalı naxırlar gözə dəyir, heyvanların əti isə çox dadlıdır, bunun da səbəbi sakinlərin heyvanları qapalı tövlələrdə saxlamaması, süni qidalar yedizdirməməsi, əksinə onları azad şəkildə biçənəklərə və çəmənliklərə buraxmalarıdır. 
 



Yeri gəlmişkən, kəndin sakinləri təkcə adət edilmiş heyvanları – inək, keçi, quzu saxlamırlar, həmçinin xüsusi diqqət və qayğı tələb edən  spesifik heyvanlar, məsələn, əhliləşdirilmiş camış da saxlayırlar. Vəhşi camışdan fərqli olaraq, əhliləşdirilmiş camış xəstəliklərə daha dözümldür. Camış günəş şüalarını o qədər də sevmir, yay gələndə o vaxtının çoxunu bataqlıqlarda keçirir. Su onu sərinlədir, palçıq isə parazitlərdən qoruyur. 
 


Günün qızmar vaxtı, günorta saat ikidə çoban naxırı çaya aparır ki, heyvanlar sərinləsinlər. İnəklərin isə isti vecinə deyil, onlar günorta saat 3-də belə otlayırlar. 
 



Çobanlar heyvanları yüksəkliyə qaldırarkən at belində olurlar, axı dağlara piyada dırmaşmaq o qədər də asan deyil. Ona görə də Köhnəqışlaq kəndində atlar çox populyardır. İşləmək üçün isə eşşəklər daha işəyarayandır, çünki onlar ağır yükləri daşıya bilirlər. 
 


Bundan başqa, atlara çoban itləri də kömək edirlər. 
 



Naxırda adətən 150-200 baş heyvan olur, kəndlilər öz mallarını digərləriylə qarışdırmamaq üçün özlərinkini hansısa rənglə boyayırlar. 

Kəndlilər hindlərində təkcə toyuq, qaz, ördək, hinduşka saxlamırlar, onlar həmçinin sesarka da saxlayırlar, bu quşlar həm yumurta verirlər, həm də ətləri dadlı olur. 
 


Kəndlilər həyətlərində it və pişik də saxlayırlar, itlər təkcə gecə-gündüz həyəti qorumur, həmçinin gecələr kənddə axtarışa çıxırlar ki, canavarı, tülkünü, çaqqalı kəndə yaxın düşməyə qoymasınlar; pişiklər isə siçanları, kəsəyənləri, gəmiriciləri yaxın düşməyə qoymurlar. 
 


Kənddə nəinki ev heyvanlarını, həmçinin vəhşi quşları da görmək olar. Məsələn, kəndin üzərində tez-tez qartal və qızılquş görmək mümkündür, onlar həyətlərdə gəzişən ev quşlarına hücum edirlər. 
 


Ən maraqlısı isə, yollardakı buynuzlu heyvan təsviləri olan nişanlardır, kəndin yollarında avtomobillərin sürət həddi saatda 40 kilometrdir. 

ANN.Az xəbər portalı Azərbaycanın Ağstafa rayonun Köhnəqışlaq kəndində çəkilən fotoları təqdim edir:  
 

















 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb