Kitabı hardan və necə almalı? – ALOKİTAB

18:00 | 26.09.2014
Kitabı hardan və necə almalı? – ALOKİTAB

Kitabı hardan və necə almalı? – ALOKİTAB

Azərbaycanda kitab bazarının durumu hər kəsə bəllidir. Ölkə boyu cəmi bir neçə kitab mağazası var ki, onların da doxsan faizi Bakının mərkəzi hissəsinə cəmlənib.Hər nə qədər kitab oxuyan az olsa da, hər halda var. Potensial oxucuların bir çox hissəsi işləyən, vaxtı az olan insanlardır. Onların kitab mağazalrını dolaşmağa ya vaxtı yoxdur, ya da onlar işdən çıxanda artıq mağazalar bağlı olur. Bölgələrdə yaşayanlar isə satış sistemi olmadığından ümumiyyətlə kitab almaq imkanından mərhumdurlar.Bütün bu problemlərin fonunda Azərbaycan internet məkanında bir neçə ay əvvəl yaradılan ALOKİTAB xidməti diqqəti cəlb edir.Alokitab.az saytı oxucunun istəyi ilə Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırmaqla məşğuldur. İstər çatdırılma şərtləri, istərsə də minimu sifariş tələbnn məbləğinə görə, rəqiblərindən daha sərfəli görünür.Belə ki, Bakı, Sumqayıt və Abşeron ərazilərinə minimum 10 manatdan başlanan sifarişlər 3 iş günü ərzində pulsuz çatdırılır. Bir iş günü ərzndə təcili çatdırma istəyən müştərilərə isə bu, cmi 2 manata başa gəlir.Bölgələrdə yaşayanlara isə 10 manat minimum sifariş tələbi qoyulmayıb. Bğlgə oxucuları istənilən məbləğdə kitab sifariş edə bilərlər. Rayonlara çatdırılmanın dəyəri sifarişin məbləğindən asılı olmayaraq 2 manatdır.Alokitab müştərilərnə qapıda ödəmə, poçtla ödəmə üsullarını təklif edir. Yaxın günlərdə digər alternativ üsullar – plastik kartlarla və terminallarla ödəmə metodları da təklif olunacaq.Onu da vurğulayaq ki, ALOKİTAB həm də Türkiyə və Rusiyadan da kitabların sifarişi xidmətini həyata keçirir, oxucuların istədikləri kitabları xaricdə tapıb, Azərbaycanda istənilən ünvana çatdırır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM