Kitab Kindle-da oxunanda daha pis qavranır

20:45 | 03.09.2014
Kitab Kindle-da oxunanda daha pis qavranır

Kitab Kindle-da oxunanda daha pis qavranır

Eyni hekayəni Kindle-da oxuyanlar süjeti, hadisələrin ardıcıllığını onu kağız formatda oxuyanlardan "xeyli pis" xatırlayırlar.
Bu, Avropada aparılmış yeni tədqiqat zamanı aydın olub. Rəqəmsal texnologiyaların mütaliə vərdişlərinə təsirini öyrənmək üçün keçirilən həmin tədqiqat zamanı iki qrup oxucuya çağdaş Amerika yazıçısı, detektiv əsərlər müəllifi Elizabeth George-un eyni hekayəsi verilib. Qruplardan biri onu kağız formatda, digəri isə elektron formatda oxuyub.
Tədqiqatı aparan Norveçin Stavanger Universitetinin araşdırmaçısı Anne Mangen deyir ki, əsəri Kindle-da oxuyanlar oradakı 14 hadisəni ardıcıllıqla düzməyə çalışarkən daha pis nəticə göstəriblər.
Anne Mangen-in sözlərinə görə, rəqəmsallaşmanın nəticəsi olaraq artıq uzun mətnlər getdikcə daha az oxunur, mütaliə daha çox fraqmentar səciyyə daşımağa başlayıb. Mətnlər evdə, yolda və başqa yerlərdə hissə-hissə oxunur.
Araşdırmaçının fikrincə, məsələ daha dərindən öyrənilməlidir ki, hansı kitabın necə - kağız, yoxsa elektron formatda oxunmasının münasibliyi aydınlaşsın. Çünki əgər rəqəmsal texnologiyalar kitabın qavranma səviyyəsinə təsir edirsə, deməli çox mürəkkəb əsərlərin elektron formatda oxunması münasib olmaya bilər.
Oxu Zalı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM