Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

19:28 | 16.04.2014
Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

Kiyevdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Ukraynanın ən böyük özəl ali məktəblərinin birində - “Avropa Universiteti”ndə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Tədbir “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və "Avropa Universiteti"nin rektoru İvan Timoşenko tədbir iştirakçılarını salamlayaraq, yeni mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.Daha sonra tədbirdə “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun sədri Hikmət Cavadov, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanov elm və təhsil sahəsində Ukrayna və Azərbaycan əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə "Avropa Universitetin"nin fəxri fərmanları ilə tərtif edilib. Kiyev milli aviasiya universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev Mədəniyyət Mərkəzinə öz kitablarını hədiyyə edib.Açılış mərasimi "Mədəniyyət körpüləri birləşdirir" adlı konsert proqramı ilə davam edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM