Kolumbiyada rəsmi matəm - Markesə görə+Yenilənib

10:16 | 18.04.2014
Kolumbiyada rəsmi matəm - Markesə görə+Yenilənib

Kolumbiyada rəsmi matəm - Markesə görə+Yenilənib

Xəbər verdiyimiz kimi, Nobel mükafatı laureatı məşhur yazıçı Qabriel Qarsia Markes vəfat edib. Aznews.az xəbər verir ki, onun ölümü ilə bağlı Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə 3 günlük matəm elan edib. “Kolumbiya bizim hər dövrün ən sevimli yazıçısının bizi tərk etməsi ilə matəmə düşdü. Markes bizim Nobel laureatımızdır. O, tarix boyu ölkəmizin adını ucaldıb”,- deyə Santos bildirib.  ANNET.Az

***

09:13

Nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes (Gabriel Garcia Marquez) 87 yaşında Meksikada vəfat edib.

 APA-nın xəbərinə görə, bu barədə BBC yazıçının ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.Yazıçı pnevmaniyadan əziyyət çəkirdi.  O, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi. Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.  Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.  "Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir. 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.    ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM