Konte "Yuventus"dan ayrılır

01:34 | 06.05.2014
Konte "Yuventus"dan ayrılır

Konte "Yuventus"dan ayrılır

Antonio Konte  baş məşqçisi olduğu "Yuventus"dan ayrılmağa qərar verib.

 

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, xarici ölkələrdə işləmək istəyən təcrübəli mütəxəssisin yeni mövsümdən "Monako"nu çalışdıracağı iddia edilib.

Konte "Yuventus"dan ayrılacağı təqdirdə, boş qalmış məşqçi vəzifəsinə son olaraq "Zeniti"i çalışdıran Luçano Spalettinin gətiriləcəyi bildirilir.

Qeyd edək ki, Konte bu mövsüm "Yuventus"la A seriyasında artıq  çempionluğunu rəsmiləşdirib. Ancaq o, İtaliya təmsilçisi ilə  avrokuboklarda uğurlu çıxış etməyib. Əvvəlcə Çempionlar Liqasında mübarizə aparan klub qrupu üçüncü pillədə tamamladığı üçün Avropa Liqasında oynamağa şans qazanıb. Burada isə 45 yaşlı çalışdırıcının komandası "Benfika"ya məğlub olaraq mübarizəni dayandırıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb