Kor qız ilin ən yaxşı rəssamı oldu - FOTOLAR

09:27 | 19.02.2014
Kor qız ilin ən yaxşı rəssamı oldu - FOTOLAR

Kor qız ilin ən yaxşı rəssamı oldu - FOTOLAR

Britaniyanın Solford şəhərində yaşayan 25 yaşlı Kimberli Berrouzun bir gözü tam görmür, ikincisi isə bir obyektə maksimum 20 dəqiqə fokuslana bilər. ANS PRESS "Daily Mail"ə istinadən bildirir ki, qız buna baxmayaraq özünü əlil saymır və boş vaxtlarında rəsm çəkməklə məşğul olur. Əlil olmasına baxmayaraq Kimberlinin yaradıcılığı bu yaxınlarda yüksək qiymətləndirilib. O, Kral Milli Gözdən Əlillər İstitutu (RNIB) xeyriyyə təşkilatı tərəfindən 2014-cü ilin ən yaxşı illüstrasiya rəssamı sayılıb. Maraqlıdır ki, qızın arzuları da artıq yerinə yetirilməyə başlayıb. O, Maykl Bondun kitabının qəhrəmanı olan ayı balası Paddinqtonun illüstrasiyasını çəkməklə bağlı sifariş alıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM