• $
  • €
  • ₽
  • ₺
  • £

Özbək müğənni "abırsız video"ya görə lisenziyasını itirdi

Özbək müğənni "abırsız video"ya görə lisenziyasını itirdi
04.02.2016 23:06

Prodüseri də onunla işləməkdən imtina edib

Özbəkistanda müğənni Tamilanın şəxsi həyatı ilə bağlı qalmaqal ona baha başa gəlib.

İnternetə düşən "abırsız video"dan sonra Özbəkistanın Estrada Birliyi - "Uzbeknavo" onu müğənni lisenziyasından məhrum edib.

Prodüseri isə bəyan edib ki, daha onunla işləməyəcək.

Videoda müğənni intim yerini kameraya göstərir.

Tamilanın özü jurnalistlərə deyib ki, şəxsi videonun internetə necə düşdüyü barədə təsəvvürü yoxdur.

Bunun ardınca sosial şəbəkələrin özbək istifadəçiləri arasında "Uzbeknavo"nun Tamilanı konsert vermək lisenziyasından məhrum etmək hüququnun olub-olmadığı barədə diskussiya qızışıb.

Fikrini bildirənlərin çoxu Tamilanı günahlandırır, bir hissəsi isə videonu internetə sızdıran şəxsləri cəzalandırmağa çağırır.


Bu qalmaqalı işıqlandıran Azadlıq Radiosunun özbək xidməti dinləyicilərinə Özbəkistan Konstitusiyasının 27-ci maddəsini xatırladıb. Bu maddədə şəxsi həyatın toxunulmazlığından söhbət gedir.

Artıq bir dəfə, burnunda sırğa ilə çəkilmiş şəklini İnstaqrama qoyduğuna görə lisenziyadan məhrum edilmiş Tamila noyabrda lisenziyasını bərpa etməyə nail olmuşdu.

Müğənnilərin fəaliyyətini tənzimləyən "Uzbeknavo" qadın müğənnilərlə bağlı sərt tələblər irəli sürməkdə ad çıxarıb. Keçən il bu qurum qadınlar komitəsi ilə birlikdə qadın müğənnilər üçün xüsusi "dress-kod" - geyim qaydaları tətbiq etməyə başlayıb. Bu qaydaya görə qadınlar açıq çiyinli, açıq ayaqlı, yaxud da "artıq seksual elementləri olan" paltarlarda oxuya bilməzlər. /Azadliq.org


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol