• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Ola bilər ki, bunun arxasında düşmənlərim var

Nazir: Ola bilər ki, bunun arxasında düşmənlərim var
29.05.2020 05:33
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adı son iki gündə mətbuatda hallandırılır. 

Yayılan xəbərlərə görə, "Şahdağ” Turizm Kompleksinə ailəvi istirahətə gedən nazir oradakı restoranlardan birini bağlatdırmaqla yüzlərlə turistin ora girişinə mane olub.

Məsələ ilə bağlı "Yeni Müsavat”a açıqlama verən nazir Ə. Qarayev deyib ki, haqqında çoxlu belə şayiələrin mövcud olması artıq onu təəccübləndirmir: 

"Bir dəfə maşınla Qubaya getmişdim. Xəbər çıxdı ki, guya maşınla inək vurmuşam. Bu da təxminən həmin inək vurma məsələsinə bənzəyir. Çünki bu, yanlış bir məsələdir. Birincisi odur ki, "Şahdağ”da bir neçə restoran var.

Onların birində onlarla, yüzlərlə insanı gözlətdirmək olmaz. Ümumiyyətlə, bu sistem mümkün deyil. İkincisi, mən Şahdağa ayda iki-üç dəfə, özü də həftəsonları gedirəm. Nəzarət edirəm, vəziyyətə baxıram. Mən oranın tikintisində yaxından iştirak etmişəm.

Cənab prezidentin tapşırığı ilə oranı ərsəyə gətirmişik. "Şahdağ”a indən sonra da getməyə davam edəcəm, bu, mənim vəzifə borcumdur.

Üçüncüsü, mən o restoranda yemək də yeməmişəm. Cəmi bir dəfə, səhər yeməyi zamanı ora düşmüşəm. Səhər yeməyində də restoran bağlatdırmaq ənənəsi nə Azərbaycanda, nə də dünyanın hansısa ölkəsində var.

Kimsə məni görüb, bəlkə kimsə salam verib, görməmişəm, xətrinə dəyib. Götürüb bu cür yalan məlumatı yayıb cəmiyyətə. Allah canını sağ eləsin. Mən bu şeylərə tamamilə biganə münasibət bəsləyirəm.

Mənə maraqlı deyil. Öz işimlə məşğulam, məni də bundan heç kim yayındıra bilməz. Dövlət adamıyam, heç vaxt özümə rəva bilməmişəm ki, mənəvi cizgilərdən çıxım.

İndi bunu kimlər qəbul edirsə etsin, etməyənlərin də Allah canını sağ eləsin. İndi yazırlar da, nə edim? Gedib hamısına bir-bir deyim ki, yazma?”.

"Dediyiniz məsələ bu qədər sadə və bəsit ola bilərmi? Bəlkə bu sayaq xəbərin yayılmasında sizi sevməyən hansısa qüvvələr var?” sualına Ə. Qarayev belə cavab verib: 

"Ola bilər ki, bunun arxasında məni istəməyənlər, düşmənlərim var. Mümkündür”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:45
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Elmira Şabanova vəfat edib
Mədəniyyət 18:53
Elmira Şabanova vəfat edib
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Mədəniyyət 18:39
İlin sonunadək dövlət sifarişi ilə çəkilən 3 film təqdim olunacaq
Bu ərazilərdə qaz olmayacaq
Mədəniyyət 21:14
Bu ərazilərdə qaz olmayacaq
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Mədəniyyət 14:16
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol