• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılacaq

Şəkidə Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılacaq
19.08.2016 21:30
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə yaxından tanış olub.

"Report" xəbər verir ki, Şəki şəhər Mərkəzi Kitabxanasına gələn nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı, oxucuların kitaba marağının daha da artırılması üçün görülən işlər haqqında məlumat verilib.

Bildirilib ki, kitabxanada uşaq ədəbiyyatı ilə təminat, uşaqların kitabxanaya cəlb olunması və mütaliənin təbliği, eləcə də görmə əngəli olanlara kitabxanadan istifadə imkanlarının yaradılması xüsusi diqqət mərkəzindədir. Nazir kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi, o cümlədən səyyar kitabxana xidmətinin genişləndirilməsi barədə tapşırıqlar verib.

Ə.Qarayev "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid "Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən tarixi binada 200-dən çox otaq var. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına həssas münasibətinin göstəricisidir.

Nazir daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Şair sağlığında bu evi uşaq bağçasına verib. Hazırda burada Şəki şəhər 3 saylı uşaq bağçası yerləşir.

Bildirilib ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq uşaq bağçası üçün yeni bina inşa olunacaq. Bundan sonra həmin evdə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq. Diqqətə çatdırıldı ki, ev-muzeyinin layihəsi artıq hazırdır. Layihə ilə tanış olan Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırılıb.

Nazir Şəki şəhər 4 saylı musiqi məktəbinə də baş çəkib, təhsil ocağında yaradılan şərait, dərs vəsaitləri ilə təminat, tədrisin keyfiyyəti ilə maraqlanıb.
O, həmçinin Mirzə Fətəli Axundzadə adına Mədəniyyət mərkəzində olub. Mədəniyyət ocağının fəaliyyəti haqqında Əbülfəs Qarayevə ətraflı məlumat verilib.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol