• $
  • €
  • ₽
  • ₺
  • £

İnsanı ağladan 10 kitab

İnsanı ağladan 10 kitab
07.10.2016 16:31
Payızın gəlişi həmişə yağış və bir az da kədər gətirir. 

Belə zamanlarda pəncərədən gördüyümüz tutqun hava bizi lap uzaqlara aparsa da, insan evdə oturub, özüylə təklikdə qalmaq istəyir. Bu təkliyi bəzən yalnız kitablarla bölüşə bilirik.
Publika.az kədərimizi bizlə bölüşə biləcək, bəlkə də ağladacaq 10 yaxşı kitabın siyahısını toplayıb. Payız üçün bundan yaxşı nə ola bilər?

1. Erik Mariya Remark "Üç Yoldaş”
XX əsrin ən nüfuzlu romanlarından biridir. Əsərdə iki fərqli insanın sevgisindən söhbət gedir. Onları hər yerdə müharibəylə bağlı xatirələr və keçmişin izləri narahat edir. Kitabın ölümlə dolu olmasına baxmayaraq, son səhifəsinə kimi həyat sevgisindən bəhs olunur.

2. Djon Boyn " Zolaqlı pijamalı oğlan”
9 yaşlı oğlan özünə çox yaxşı, amma həmişə ac olan və məftillə gəzən qəribə dost tapır. Uşaqlar böyüklərin acımasız dünyasından baş açmadan sadəcə yaşayırlar. Bu əhvalat heç kəsi biganə qoymayacaq. Oxuyan hər kəsin ürəyinin dərinliklərinə toxunacaq.

3. Annabel Pitçer "Mənim bacım kaminin rəfində yaşayır”
Ailə böyük dərdə düçar olur, lakin bircə Rodcer ağlamır. O əmindir ki, hər şey nə vaxtsa düzələcək. Ola bilsin ki, o haçansa məşhurlaşacaq və bu zaman evin bütün sakinləri, hətta kamin rəfində yaşayan bacısı da xoşbəxt olacaq.

4. Djenni Daunhem "Hələ ki sağam”
Ağır xəstəliyi olan 16 yaşlı Tesse Skott yaşamaq üçün az vaxtı qaldığını bilir. Tesse ölənə qədər edəcəyi ən çılğın arzularının siyahısını hazırlayır. Səmimi və cəsur romanı oxuduqdan sonra həyata başqa gözlə baxacaqsınız və hər anın qədrini biləcəksiz.

5. Stefan Sveyq "Ürəyin səbirsizliyi”
Kitabda iflic bir qızın ona dəyər verməyən zabitə olan sevgisindən söhbət gedir. Zabitin isə ona yalnızca yazığı gəlir. Lakin qızın sevgisi o qədər güclüdür ki, o heç sevgisindən cavab da gözləmir. Hər şeyin əksinə qız nə vaxtsa ayağa qalxıb, gəzəcəyinə ümidlidir.

6. Mark Levi "Kölgələrin oğrusu”
Romanın baş qəhrəmanı balaca oğlan qeyri-adı bacarığa sahibdir. O, kölgələri eşidir və hətta onları oğurlaya bilir. Həmçinin o, kölgələrin sahiblərinə həyatlarını yaxşı tərəfə dəyişməyə də kömək edir. Böyüyüb həkim olan oğlan öz istedadını insanlara kömək məqsədilə istifadə edir. Ancaq o özünə kömək etmək iqtidarında deyil.

7. Erik Emmanuel "Oskar və Çəhrayı Qadın”
Oskar adında oğlan xərçəng xəstəliyinə tutulub. İndi xəstəxana onun evi, dayə Çəhrayı Qadın isə onun ikinci anasıdır. Oskar biləndəki onun ölümünə az qalıb, Çəhrayı Qadın ona hər günü 10 il kimi hesablamağı təklif edir. Oğlan 12 günə böyüməyi, sevməyi və hətta qocalmağı da sığışdırır.

8. Ken Kizi "Qu quşunun yuvasının üzərindən uçarkən”
Qəhrəman həbsxana ilə psixi xəstəxana arasında seçim edir. Və özünə yaxın bildiyi xəstəxananı seçir. Mövcud sistemə qarşı çıxır və sona qədər özünə xəyanət etmir. Kobud əsər olmasına baxmayaraq, ağıl və sağlam düşüncə arasında nə qədər incə xətt olduğu gözəl təsvir edilib.

9. Markus Zusak "Kitab oğrusu”
Balaca Lizelin pis bəxti var. Onun yaşadığı nasist Almaniyada atası qəribə şəkildə itir. Çətinliyə düşən anası qızını və oğlunu internata verir. Yolda gedərkən qardaşı vəfat edən qızcığaz elə həmin vaxt bir kitab tapır. O gündən kitab onun əsas maraq dairəsinə çevrilir.

10. Anna Frank "Sığınacaq: Məktublu Gündəlik”
Anna Frank 15 yaşında əsir düşərgəsində vəfat edir. Qızcığaz yaşadığı 1942-1944-cü illərdə yazdığı gündəlikdə özünün həyatını və gələcəklə bağlı arzularını yazıb. Bu kitabı oxumaq insana ağır gələ bilər. Ancaq oxumaq lazımdır ki, insan həyatının qara səhifələrini unutmasın.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol