• $
  • €
  • ₽
  • ₺
  • £

Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq

Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq
19.10.2016 18:50
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılar 21, 22, 23 oktyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt), "Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və "Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 22 oktyabr tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın "Bir dayan, canavar!” əsəri rus dilində, 14.00-da Ə. Səmədlinin "Meşə çaqqalsız olmaz”, 23 oktyabr tarixində saat 12.00-da isə O. Zülfüqarov, R. Heydərin "Dəcəl çəpişlər” tamaşaları Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq.
 
Tamaşaçılar təqdim olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Svetlana Bulax, Emma Məlikova, Nahidə Orucova, Nərgiz Kərimova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Səməd Xasıyev, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Zinyət Qurbanova, Güldanə Əzimova, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol