• $
  • €
  • ₽
  • ₺
  • £

“Aycan” yeni quruluşda

“Aycan” yeni quruluşda
19.10.2016 19:27
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün ilk  uşaq tamaşasının məşqlərinə start verilib.
 
Tanınmış şair və dramaturq Xanımana Əlibəylinin "Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Yeni səhnə əsərində rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur.  

Tamaşada rolları teatrın gənc və istedadlı aktyorları Günel Məmmədova, Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Nuranə Hüseynova, Xəyalə Meydanova, Müşfiq Əliyev, Ramiq Nəsirov, Natiq Fərzəliyev, Anar Səfiyev, Yusif Dadaşov iştirak edəcəklər. 

Yeni tamaşanın noyabr ayının sonlarında təqdim olunması nəzərdə tutulur. 

Məlumat üçün bildirək ki, "Aycan” tamaşası ilk dəfə Dövlət Gənc Tamaşaçılar Teatrında 70-ci illərdə səhnləşdirilib. Bundan başqa müəllifin "Dovşanın ad günü” əsəri əsasında hazırlanmış tamaşa cari ilin yanvar ayında ikinci dəfə hazırlanaraq izləyicilərə təqdim olunub.  


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol