• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək

Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək
20.02.2018 11:29
Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018” mahnı müsabiqəsinnin start götürməsinə sayılı günlər qalıb. "Qafqazinfo” xəbər verir ki, bir neçə həftə bundan əvvəl təmsilçimiz  Aysel Məmmədovanın (Aisel) Rusiyanın xalq artisti  Filipp Kirkorovun sahib olduğu "Dream Team” adlı komandası ilə çalışdığı öz təsdiqini tapıb. 

Komandaya İlias Kokotos və Dimitris Kontopoulos daxildir və Aiselin klip çəkilişləri Yunanıstandan davam edir. Bundan əlavə, sənətçinin Avropa səhnəsində oxuyacağı mahnının həm ingilis, həm də Azərbaycan dilində olacağı məlum olub. 

Bununla da, Azərbaycanın "Eurovision” tarixində bir ilkə imza atacaq. Çünki, bundan əvvəl bütün iştirakçılar müsabiqədə bir dildə (ingilis) mahnı ifa edib. 

"Eurovision” mahnımızın bəstəkarı Dimitris Kontopoulosdur. Bundan başqa, hər kəsin bəstəkar kimi tanıdığı İlias Kokotos isə Ayselin xoreoqrafı olacaq. 

Bu məqamda bildirək ki, "Eurovision 2016”da Rusiya təmsilçisi Sergey Lazerevin səhnə şousunun xoreoqrafiyası məhz ona məxsusdur. 
Dimitrisin isə "Eurovision” tarixi zəngindir. O, beynəlxalq müsabiqələrdə iştirak edən bir çox ulduzlarla çalışıb. 

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Qeyd edək ki, "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, "Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq, müsabiqənin qalibi adını qazanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol