• $
  • €
  • ₽
  • ₺
  • £

Arif Quliyev: “Özümü sənətin fəhləsi hesab edirəm”

Arif Quliyev: “Özümü sənətin fəhləsi hesab edirəm”
14.05.2018 16:09
Bu gün Azərbaycanın xalq artisti Arif Quliyevin doğum günüdür. 68 yaşını qeyd edən aktyor doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.
 
- Doğum günümü qeyd etməyi xoşlamıram. Heç vaxt ad günləri keçirmirəm. Düşünürəm ki, 70 illik yubileyimi qeyd edərəm.

-Deyirlər ki, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var- dövlət olar?

- Var-dövlət birinci növbədə insanın varlığı, daha sonra isə onun qazandığı hörmətdir. Sənətkarın ən böyük dəyəri, var-dövləti xalqın, camaatın məhəbbəti, alqışıdır. Bu baxımdan mən də ən varlı adam ola bilərəm. İndiyə kimi heç vaxt yayda istirahət etməmişəm, daim çalışmışam. Özümü sənətimin fəhləsi, fədaisi hesab edirəm. Bu işə qulluq etmişəm və qarşılığında mənə hörmət, sevinc gətirib. Xalq artisti və prezident təqaüdçüsüyəm. Bu, insanların məhəbbətinin bəhrəsidir.
 


-68-dən geriyə boylansaydınız, hansı yaş dönəminə qayıtmaq istərdiniz?

-Hər ilin, günün, saatın, yaşın öz gözəlliyi var. Axı biz addım atmalıyıq. Ayağımızı dirəyib 30 yaşda qala bilmərik. Onda həyatın mənası olmaz. Bəxtiyar Vahabzadənin bir şeirini qeyd etmək istərdim: 

Yaşamaq yanmaqdır. Yanasan gərək. 
Həyatın mənası yalnız ondadır. 
Şam əgər yanmırsa, yaşamır demək. 
Onun da yaşamağı yanmağındadır. 



Həyat və yaş bir yerdə dura bilməz. Çünki sən öz missiyanı yerinə yetirib, "salam" və "sağ ol"dan sonra getməlisən. Çünki gələnlə gedənin qarşısını almaq qeyri-mümkündür. Bu, Allahın işidir. Məkan və məsafəni bizə verib ki, insan kimi, vicdanla ömrümüzü başa vuraq. 

-Həyatdan və ya sənətdən yorulduğunuz və ya bezdiyiniz anlar olubmu? 

- Həyat o qədər şirindir ki, onun hər günü mənim üçün bal və şəkərdir. Hesab edirəm ki, həyatın özü yaşamaq üçün stimul, mənbədir. Sənətdən heç vaxt doymaq olmaz. Bu sənət özü ilham mənbəyidir. Bir çeşmədir. Sənətin suyundan içən, bataqlığa batan, sevincə qərq olan insan ondan heç zaman əl çəkə bilməz. Mən indi də teatrdan, işimdən uzaqda dayana bilmirəm. Konsertlərə qatılıram, tamaşalara baxıram. 



-Siz artıq təqaüdə çıxmısınız, darıxırsınızmı əvvəlki günləriniz üçün? 

-Qəti darıxmıram. Elə şey olar?! Səhərlər ya gəzintiyə çıxıram, ya da idmanla məşğul oluram. Daha sonra bazara, dükana baş çəkirəm, bazarlıq edirəm. Vaxt tapıb teatra gedirəm, tamaşalara baxıram, tələbələrlə məşğul oluram. Dostlarımla görüşüb söhbətləşirəm. Hər şey həyatın axarı ilə gedir. Vaxtında teardan çıxmalıydım ki, yerimə cavan kadr gəlsin. Həmişə işləməli deyiləm ki?! İstrahət də lazımdır. Seriala dəvət almışam, onunla bağlı düşünürəm. Son illər də maraqlı filmlərə çəkilmişəm. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol