• $
  • €
  • ₽
  • ₺
  • £

Aytən Səfərova bir anda hamının nifrətini qazandı

Aytən Səfərova bir anda hamının nifrətini qazandı
07.06.2018 16:44
Dünən "Maşın” şouda baş verənlər bu dəfə tamaşaçıları qəzəbləndirib. 

Minval.info xəbər verir ki, qutudan ən çox şəkli çıxan aparıcı Aytən Səfərova səs yığarsa hədəfinin həmkarı Mətanət Əliverdiyeva olduğunu söyləyib. Lakin o, dediyinin üstündə durmayıb və sonda başqa iştirakçının adını çəkib.

Şounun sonunda səsvermənin nəticələri ekran qarşısında əyləşən tamaşaçılar sevindirib. Belə ki, "Qalsın”a gələn səslərin çoxluğu minlərlə insanın ürəyincə olub. Çünki aparıcı Mətanət çoxdan özünə qarşı nifrət yaradıb. İnsanlar bəlkə də onunla mübarizə aparan hər bir iştirakçıya dəstək olmaq üçün pullarından keçməyə hazır idilər. Belə ki, bir neçə il öncə Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğından sonra Mətanətin işlətdiyi "bir külək idi, əsdi keçdi” ifadəsi hamının qəzəbinə səbəb olmuşdu. Qısa zaman ərzində onun ünvanına ən ağır sözlər deyildi. Bundan sonra o, verilişlərə çağırıldı və günahını göz yaşı ilə yumağa çalışdı. Amma nə fayda, əksəriyyətin Mətanətə sonsuz nifrəti hələ də qalıb.

Dünən fürsət yaranmışdı, insanlar M.Əliverdiyavanı oyundan kənarlaşdırmaqla bəlkə də bir azca mənəvi rahatlıq tapacaqdılar. Amma Aytənin "xalqa yaxın jurnalist olmuşam” kimi çıxışları, həmkarını oyundan uzaqlaşdıracağını deməyi ilə sən demə, elə insanları aldatmağa yönəlik sözlər olub. Bu üzdən də səs topladıqdan sonra aparıcı, aktyor Məcid Hüseynovun adını çəkməsi insanlara daha bir zərbə olub. Aytən ona səs göndərənlərə qarşı hörmətsizliyi ilə yanaşı onların bütün xəyallarını puç edib. Elə Mətanət qədər qəhrəmancasına özünə nifrət qazanmağı bacarıb.

Bütün baş verənlərdən sonra ekran başında əyləşənlər, sosial şəbəkə istifadəçiləri onun ünvanına ən ağır sözləri, söyüşləri söyləyiblər. "Haram olsun sənə göndərdiyim smslərdən” deyən kim, açıq-aşkar ağır söyüşlərlə, xırda təhqirlərlə rahatlıq tapmağa çalışanlar kim…

Ortalıqda şoumen Murad Dadaşovun iştirakçılara birbaşa təsir etməsi ilə bağlı söz-söhbətlər dolaşır. Bundan öncəki verilişdə də pop ifaçı Raufun  (-40 dərəcə) hədəfini dəyişməsində onun böyük rol oynadığı söylənilirdi. Bu üzdən ilk dəfə idi ki, seçim etmək üçün yalnız ona xeyli vaxt verdi. Etibarını itirəndən sonra ikinci dəfə isə səsverməyə çıxan Rauf istənilən səsi toplaya bilmədi və oyunu tərk etdi.

Əlbəttə, Muradın iştirakçıların seçiminə müdaxilə etməsi iddiaları səsləndirilsə də, ortada bunu sübut edəcək ciddi fakt yoxdur.

Hər bir halda Aytən Səfərovaya təzyiq belə edilsə, ixtiyar onun əlindəydi. Ya dediyinin üstündə dayanıb başını uca etməliydi, ya da dünənki kimi minlərlə bəlkə də milyonlarla insanın sonsuz nifrətini qazanmalı idi. Aytən "xalqa yaxın jurlanlist olmuşam” deyərək xalqın hisləri ilə oynadı, nəticədə bir anda insanlar tərəfindən söyülməyi, təhqir olunmağı, haqqında deyilən hər pis sözü qəbul etməyi seçdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol