• $
  • €
  • ₽
  • ₺
  • £

Müasir “Məşədi İbad”ın kimliyi bəlli oldu

Müasir “Məşədi İbad”ın kimliyi bəlli oldu
24.10.2014 17:45
Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq. Tamaşada Məşədi İbad obrazını Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Ş.Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, onu baş rola Musiqili Teatrın direktoru Əliqismət Lalayev dəvət edib: “İndiyənə qədər Məşədi İbadı Mirzağa Əliyev, Əliağa Ağayev, Lütvəli Abbdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlarımız oynayıblar. Onların misilsiz ifaları sayəsində tamaşaçılarımızda bir klassik Məşədi İbad obrazı formalaşıb. Bunlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Teatrın direktoru Əliqismət Lalayev məni bu rola dəvət edəndə hansı yükün altına girdiyimi anlayırdım. Mənim oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq. O, çirkin, kifir, yekəqarın, qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidi. Mən bu rol üçün saçımı qırxdırmışam və pariksiz cavan Məşədi İbadı oynayacağam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı oynamağı bacarmışam”.Qeyd edək ki, tamaşanın premyerası oktyabrın 26-da olacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol