• $
  • €
  • ₽
  • ₺
  • £

Əkrəm Əylisli: “Özümə maksimum 5 il vaxt qoymuşam”

Əkrəm Əylisli: “Özümə maksimum 5 il vaxt qoymuşam”
06.12.2018 15:27
"Vallah, "Daş yuxular”da insanları aşağılamamışam”


Bu gün yazıçı Əkrəm Əylislinin 81 yaşı tamam olub. Yazıçı 1937-ci ilin bu günündə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

Modern.az saytı doğum günündə 81 yaşlı Əkrəm Əylisli ilə söhbətləşib.  


- Əkrəm müəllim, 81 yaşınız tamam olur. Öncə sizi təbrik edirik.


- Minnətdaram!


- 81 yaşında olmaq necə hissdir? Ümumiyyətlə, doğum günlərinizi necə xatırlayırsız?


- Bilirsiz, siz soruşursuz, çox zaman da bir çoxlarının cavabı standartdan kənara çıxır. Standartlardan kənara çıxmaq istəmirəm. Olanı deyəcəm. Xüsusi günləri qeyd etməyi sevmirəm. Nədənsə mənə qeyri-səmimi gəlir.


- Doğum gününüzdə təbriklər alırsızmı?


- Həmişə bir nəfərdən təbrik alıram. Yenə də yad edənlər sağ olsun.


- O zaman söhbətin səmtini bir qədər dəyişək. Yaradıcılığınızda nə yeniliklər var?


- Yaradıcılığım belədir ki, bu yaxınlarda ABŞ-da 3 cildlik kitabım çapdan çıxıb. Kitabda sovet dövründən sonrakı vaxtlarda yazdığım əsərlər toplanıb. Bu, mənim üçün əhəmiyyətlidir. Sonuncu kitabım çox ciddi kitabdır.


- Bəs mövzusu nədir? Kitabda siyasi motivlər əks olunubmu?


- Siyasət boş şeydir. Bilmirəm, and içsəm inanarsız, yoxsa yox. Siyasətdən çox uzaq insanam. 


- Deyəsən "Daş yuxular” əsəriniz sizə siyasətə "imza”  atdırdı...


- Vallah, yüz faiz inanıram ki, bizim ən vətənpərvər insanlarımız bu əsərlə fəxr edəcək. "Daş yuxular”da insanları aşağılamamışam. Nə isə... Bu söhbəti uzatmayaq.


- 81 yaş ixtiyarlıq çağıdır... Qocalıq sizi qorxutmur ki?


- Qocalıq qorxutmasa da, arada xəstəlik gəlib qapıda dayanır. Sizə bir etiraf edim:  81 yaş  insanın ən  kövrək dövrüdür. Belə bir məsəl var. "Filankəs  81 yaşında uşaq kimidir”. Bu sözdə çox böyük həqiqət var. Elə bil insan qocalıqda keçmişə qayıdır. Təsəvvür edin: yadıma 50 yaşımı salıram. Elə bilirəm dünəndir. Bir də çönüb 81 yaşında qabağa baxırsan. Heç nə yoxdur. Özümə maksimum 5 il vaxt qoymuşam. Bundan artığını düşünə bilmirəm.


- 30-40 yaş insan həyatının gənclik illəri hesab edilir. O illər üçün darıxırsızmı?


- İnsan üçün ən gözəl illər uşaqlıq çağıdır. 1 yaşdan 10 yaşa qədər olan dünyam və mənim hiss etdiklərim... o qədər maraqlıdır ki, yerdə qalan 70 ildə nə olubsa,  onların hamısından təsirlidir. 


- O zaman xəyallarızda  Əylis kəndinə də tez-tez qayıdırsız?


- Canım da, varlığım da Əylisdir.


- Sanki danışdıqca kövrəlirsiz?


- Qocalıq bunu tələb edir. Bilirsiz, həmişə demişəm ki, pasportum Bakıdadır, qəlbim Əylisdə. Bu, həmişə belə olub. Bakı vətənimin, Əylis isə qəlbimin paytaxtıdır.


- Bu yaşda həyat yoldaşınız yəqin ki, sizə dəstək olur.


- Elə yaşdayıq ki, bir varlıq kimiyik. Allah uzaq eləsin, bir-birimizə yad nəyimizsə yoxdur. Yad mikrob evimizə düşə bilməz. İllərdir ki, beləyik.


- Kişilər yaşlandıqca, həyat yoldaşına daha çox bağlanır deyirlər. Razısızmı?


- Bilirsiz, o sözdə müsəlmançılıq damarı da var. Məsələn, deyirlər ki, kişi arvadını tərifləməz. Niyə axı?! Dostumla bağlı söhbətimiz yadıma düşdü. O, həmişə  evə çatmağa az qalmış həyat yoldaşını tərifləməyə başlayırdı. Bunu ona görə edirdi ki, içkili vəziyyətdə evə gəldiyinə görə arvad yaxşı qarşılasın. Nə deyirəm, onlarsız günümüz olmasın... 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol