• $
  • €
  • ₽
  • ₺
  • £

Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO

Naibə Allahverdiyeva: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO
25.02.2019 20:34
Xalq artisti Naibə Allahverdiyevanın halı qəfildən pisləşib.
Bu barədə Oxu.Az-a açıqlamasında N.Allahverdiyeva özü məlumat verib. O, immunitetini gücləndirmək məqsədilə xəstəxanada tibbi yardım aldığını, bundan sonra halının lap pisləşdiyini deyib.
"Narahatlığım qulağımda səslərin olması idi. Təzyiqim gah qalxırdı, gah da enirdi. İmmunitetimi gücləndirmək üçün müalicəyə ehtiyac var idi. Bu səbəbdən klinikaya üz tutdum. Həkimlər intrevenöz (sistem) dərmanlar vurdular. Onlar isə mənə əks təsir göstərdi. Bir neçə saatlıq müalicədən sonra evə gəldim.

Evə gələr-gəlməz vəziyyətim qəflətən pisləşdi. Klinikada həkimlər səhvlərini boyunlarına almırlar. Həkim tibb bacısının, tibb bacısı da həkimin boynuna atır. Özümə gəldikdən sonra bunun üstünə düşüb, araşdırma aparacağam ki, kimin səhvidir.
Biri deyir, reaksiya gedib bədənində, biri deyir, düz vurmayıblar iynəni, biri deyir, bir iynənin içində olan dərman digərinə qatılıb daha sonra vurulmalı idi. Səhhətimin getdikcə daha da pis olduğunu gördükdə, təcili yardım çağırdım. 
Məni Toksikologiya Mərkəzinə apardılar. Orada mənə müxtəlif dərmanlar, iynələr vurdular. Çünki belə olduğu zaman insan komaya düşüb, ölə bilər. Sağ olsun həkimlər, mən sanki yenidən doğuldum. İndi çox zəifəm. Özümü hazırda halsız hiss edirəm. Ağrılar var bədənimdə. Bu ağrılar heç vaxt yox idi”.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol