• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Seymur Baycanı oxuyuram”

Siyavuş Novruzov: “Seymur Baycanı oxuyuram”
25.08.2014 16:21

“Gənc yazarların əsərlərini oxuyuram. Məsələn Seymur Baycanı.  Düzdür, onun ziddiyyətli fikirləri çox olur. Görürsən ki, o, mütəmadi olaraq bizim yazarlara qarşı öz mövqeyi ilə çıxış edir. Seymur Baycan daha çox tənqidə üstünlük verir. Yəni o da yeni bir baxışdır. Həm də ki, həmişə yaşlı nəsillə yeni nəsil arasında bir mübarizə olub. Seymurun tənqidi də bunun bir nümunəsidir”. Bunu aktual.az-a millət vəkili Siyavuş Novruzov deyib.

 

YAP-çı deputat, müasir yazarlara marağı haqqında suala cavab olaraq, deyib ki,  maraqlı yazılar çoxdur. "Həm psixoloji, həm mövcud reallığı əks etdirmək baxımından yaxşı yazılar olur. Mən daha çox “525-ci qəzet”də və ədəbiyyat jurnallarında gənc yazarlarımızın yazılarını oxuyuram. Hamısına diqqət yetirirəm”. 

 

Siyavuş Novruzov, həmçinin, yazılarında daha çox vulqar sözlərdən istifadə edən müasir yazarlar barədə ona ünvanlanmış sualı isə belə cavablandırıb: “Ədəbiyyatın geniş xətti var. Mən özüm daim mütailə edən insanam. Bədii əsərləri mütaliə etməyi çox sevirəm - istər dünya ədəbiyyatı olsun, istərsə də Azərbaycan. Hərə bir cür görür bunu. Məsələn, Seyid Əzim Şirvani, Sabir, Cəlil Məmmədquluzadə. Biri şeirdə və ya hekayədə mövzuya satirik yanaşırdırsa, digəri özünü klassik ədəbiyyatın davamçısı kimi aparırdı. Yəni ədəbiyyatda hərə düşündüyü kimi yeni janr ortaya qoymaq istəyir. Məsələn, şairlərimizdən Məhəmməd Füzuli elə bir üslübda yazdı ki, 300 il ona çatan olmadı. Onu demək istəyirəm ki, hər bir yazar çalışır, elə bir yol tapsın ki, bu, onun adı ilə bağlansın. Ona görə də, klassik ədəbiyyatdan uzaqlaşıb modernləşmə və yaxud da yeni üslüb xətti ilə bu məsələlərə yanaşırlar”. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol