• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt teatrında ilk dəfə olaraq mətbuat konfransı keçirildi - FOTOLAR

Sumqayıt teatrında ilk dəfə olaraq mətbuat konfransı keçirildi - FOTOLAR
21.07.2014 20:50

Sumqayıt teatrında ilk dəfə olaraq jurnalistlər üçün mətbuat konfransı keçirilib

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi jurnalistlər üçün mətbuat konfransı keçirib. Maraqlı haldır ki, bu mətbuat konfransı teatrın tarixində bir ilkdir. 

Tədbirdə ölkənin və Sumqayıtın 30-dan artıq müxtəlif media nümayəndəsi iştirak edib. Cari ilin mart ayında Sumqayıt teatrına direktor təyin olunan İslam Həsənov ötən mövsüm Fətəli Axundzadənin “Molla İbrahimxəlil Kimyagər”, Əziz Nesinin “Öldür məni can-ciyər”, Jan Anuyun “Antiqona” əsərlərinə hazırlanan tamaşalardan söz açıb, teatrın səfərləri haqda jurnalistlərə məlumat verib. O söyləyib ki, Sumqayıt teatrı iyulun 6-11-i tarixində Gürcüstanın Kutaisi şəhərində sözügedən şəhərin merinin dəvəti ilə qastrol səfərində olub. Səfərdə Con Patrikin “Qocanı öldürməliyik” tamaşası göstərilib. Gürcü tamaşaçılarının və sənət adamlarının baxdığı bu tamaşa çox yüksək dəyərləndirilib. 

Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub.

İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun “Çiçəkovun səyahəti” (Ukraynadan dəvət olunacaq rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin “Əli və Nino” (Gürcüstandan dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir “Otello” (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda), 

Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov “Vicdanın hökmü” (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter “Sevgili” (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamşalar nəzərdə tutulub.

Qeyd olunub ki, Sumqayıt teatrı sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır.

Teatra yeni təyinatdan sonra tetarda uzun müddət oynanılmayan tamaşa bərpa olunub, eləcə də həftədə 4 dəfə olaraq axşam tamaşalarının oynanılması təşkil edilib. Bu da istər istəməz Sumqayıt tamaşaçılarının teatra axınını müəyyən qədər bərpa edib.

Görüş qarşılıqlı sual-cavab əsasında keçirilib.Sonda direktor məlumat verib ki, Sumqayıt teatrının ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrolları gözlənilir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol