• $
  • €
  • ₽
  • ₺
  • £

Huşunu itirib, yerə yıxılan əməkdar artistdən xəbər var

Huşunu itirib, yerə yıxılan əməkdar artistdən xəbər var
27.06.2014 14:57
Bir neçə gün öncə səhhəti pisləşən əməkdar artist Gülnar Salmanova sağlamlıq durumundan danışıb.
 Həm şəkər, həm də xərçəng xəstəsi olan G. Salmanova Lent.az-a açıqlama verərək bildirib ki, özünü yaxşı hiss etmir: “Bir neçə gün öncə evdə şok keçirdim. Səhhətim pisləşdi, köməyimə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər. Pəncərəni sındırıb, içəri daxil oldular. Daha sonra həkimlər məni müayinə etdilər. Özümə gələ bildim. Amma yenə özümü yaxşı hiss etmirəm. Oğlum Zaqatalada işləyir. Səhhətim pisləşdiyinə görə Bakıdadır. Amma o da sabah yenidən işlədiyi rayona gedəcək. Mən də bax elə həmin vəziyyətdəyəm. Allahıma şükür, ümid edib, həyatımı yaşayıram”.
 
Onu da əlavə edək ki, 2006-ci ildən şəkər xəstəsi olan G. Salmanova  Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşadığı evdə hamamdan yataq otağına keçmək istəyərkən yerə yıxılıb. Hadisə zamanı oğlu ilə telefonla danışırmış. O, bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyeva ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb.
 
Xatırladaq ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir adaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb. Bir oğlu var.
 
Qeyd edək ki, bir müddət öncə Lent.az-a müsahibə verən əməkdar artist şəxsi həyatından danışaraq bildirmişdi ki, tənha yaşadığı üçün çətinlik çəkir. Həmin video-görüntünü təqdim edirik.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol