• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi
02.05.2021 10:51
"Ayın Gücü" (Moonstruck, 1987) filmindəki roluna görə "Oskar” mükafatına layiq görülən amerikalı aktrisa Olmpiya Dukakis 89 yaşında vəfat edib. 

Pravda.az xəbər verir ki, bu barədə aktrisanın bacısı Apollo Dukakis "facebook” səhifəsində yazıb.

"Sevdiyim bacım Olmpiya Dukakis bu səhər Nyu-Yorkda vəfat etdi. Bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra rahatlıqla dincəldi və indi əri Luisin yanındadır”, deyə aktrisanın bacısı vurğulayıb.

Qeyd edək ki, yunan mühacirlərin qızı Dukakis 20 iyun 1931-ci ildə ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Film karyerasına 1960-cı illərdə başlayıb. 56 yaşında "Ayın Gücü” filmindəki yaratdığı obrazına görə "Oscar” və "Qızıl Kürə” mükafatlarının  "Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasını qazanıb. Dukakisin televiziya seriallarında, təxminən 50-dən çox rolu var. O, həmçinin "Steel Magnolias” (1989) filmi ilə də məşhurdur.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol