• $
  • €
  • ₽
  • ₺
  • £

Açıq səma altında etüdlər - FOTO

Açıq səma altında etüdlər - FOTO
30.01.2014 16:44
L.Qasımova"Art Villa"da növbəti plener "Açıq səma altında" keçdi. Bura sənətə yeni başlayan gənc rəssamlarla yanaşı ustadlar da toplaşmışdı.Dolaşıq söz olan "Plener" (fr-dan. en plein air — "açıq havada") obyektlərin təsvirinin mənzərəli texnikasını təbii işıqda və təbii şəraitdə, yəni rəssamların öz işini qapalı məkanda yox, açıq havada görməsini nəzərdə tutur.Soyuq və yağışlı hava olmasına baxmayaraq, bütün rəssamlar küçədə idi və təbiət mənzərələri çəkirdilər. Sonda ən dözümlülər qaldılar və onların molbertlərində "Art Villa" qalareyası, Nazirlər Kabinetinin binası, Qız Qalası, şəhər mənzərəsi təsvir edilib.Qalereyanın daxilində də iş qaynayırdı. Hər yerdə molbertlər durur, yanında isə rəssamlar cadugərlik edirdilər. Bəziləri qızların portretlərini çəkirdilər, başqaları – abstrakt nələrsə, üçüncülər - natürmortlar.İki rəssam – Aydın Əsgərov və Rəhim Həşimovun eyni qızın təsvirini tamamilə müxtəlif tərzdə çəkməklərinə tamaşa etmək maraqlı idi. Bəzi rəssamlar bir şəkili çəkib bitirən kimi, dərhal yenisini çəkməyə başlayırdı.Vüqar Əlini görüb, biz onun molbertinə yaxınlaşdıq və ovsunlanmış insanlar kimi, özünün dediyi kimi, gözlənilmədən ağlına gəlmiş qızın portretini çəkməsinə baxmağa başladıq.Vüqar Əli - artıq məşhur və tanınmış rəssamdır:  "Bura başqa fikirlə gəldim, amma alınmadı. Buna görə də əvvəlcə qırmızı rəngdə qız şəkili çəkdim. Sonra isə dərhal şlyapada olan xanımı çəkməyə başladım. Həmişə çalışıram ki, şəkil pozitiv olsun. Həm də yaxşı fikirlərlə çəkmək lazımdır ki, tamaşaçılar şəkilə baxanda yalnız xoş təəssüratlar alsınlar."Biz söhbət edərkən, rəssam bir dəqiqəliyinə də olsun öz işindən yayınmırdı və bizim qarşımızda gözəl şlyapalı, təmiz, günəşli bir qadın canlanırdı. Hərçənd bayırda hava buludli idi, amma bu portret qalereyaya işıq və xoşbəxtlik gətirirdi.Ruslan Kovalyovun şəkilində - parlaq sarı bananlar, armudlar, qırmızı almalar və narıncı portağal təsvir edilmişdi. Rəssamlar sanki şəkillərə xüsusi olaraq işıq və isti çalarlar əlavə edirdilər.Gənc qız Leyla Altunayı da müşahidə etmək maraqlı idi, o, döşəmədə əyləşib, iki şəkil çəkirdi. Bu, bizimçün nəsə abstrakt, anlaşılmayan bir şey idi, amma, görünür, onunçün çox əhəmiyyətli idi.Bütün şəkillər çəkilib, qurudulmaya qoyulduqdan sonra, "Art Council Azerbaijan"in rəhbəri Dadaş Məmmədov rəssamlara məhsuldar iş və əməkdaşlıq arzusuna görə təşəkkürünü bildirdi.Sonra "Art" qəzetinin ilk nömrəsinin nümayişi oldu. Bu qəzet, onun baş redaktoru Rüstəm Hüseynovun dediyi kimi, "rəssamlara və incəsənət həvəskarlarına Bakıda keçiriləcək bütün tədbirlərdən xəbərdar olmağa kömək edəcək. Bu qəzetdə keçmiş sərgilər haqqında fikirlər, rəssamlar və fotoqraflarla müsahibə, sərgilərin harada və nə vaxt keçiriləcəyi ilə bağlı müxtəlif elanlar yerləşdiriləcək. Bu qəzet hələ ki rus dilində ayda bir dəfə çıxacaq. Amma sonra biz başqa dillərdə də nəşr edilməsini planlaşdırırıq. Qəzet tamamilə pulsuzdur və qalereyalarda, muzeylərdə, sərgi salonlarında və İncəsənət akademiyasında paylanacaq. Qəzetin hədəfi - incəsənətin təbliğatıdır".Hazırda "Art" qəzetinin təsisçisi olan Dadaş Məmmədov, bütün arzu edən şəxsləri fevralın 2-də -  Gənclər Günündə İçəri Şəhərdə "The Quarter Gallery"yə dəvət etdi, burada açıq havada sərgi keçiriləcək.“Art Council Azerbaijan”ın bu qalereyası turistlər arasında bizim incəsənətimizi təbliğ etmək üçün yaradılıb, axı turistlərin ən sevimli məkanı İçəri Şəhərdi. Bu rəssamlar üçün yer olacaq, buraya incəsənət nümayəndələri danışmaq, şəkillər çəkmək və yeni rəssamlarla, onların əl işləriylə tanış olmaq üçün yığılacaqlar. Bizdə açıq havada qədim qala daxilində şəkillərin çəkilməsinə tamaşa etmək və dərhal özümüzçün yerindəcə portret sifariş etmək imkanı yaranacaq. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol